SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiqlənib
Hərb
253
17:56, Bu gün

SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiqlənib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemi haqqında əsasnaməsi təsdiq edilib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Dövlət Xidmətinin vahid elektron informasiya sisteminin (VEİS) hüquqi əsaslarını müəyyən edir və sistemin fəaliyyətinin təşkili qaydalarını tənzimləyir.

Qərarın icrası nəticəsində dövlət orqanları arasında məlumat mübadiləsi daha operativ və şəffaf olacaq, çağırış və səfərbərlik sahəsində elektron xidmətlərin göstərilməsi genişlənəcək, məlumatların mərkəzləşdirilmiş və təhlükəsiz şəkildə idarə olunması təmin ediləcək.

Link kopyalandı!
Son xəbərlər