Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
Hərb
1305
23 Feb 2026 | 09:52

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq

23-27 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər