Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ
Hərb
169
09:30, Bu gün

Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək - XƏBƏRDARLIQ

Pirəkəşkül və Ağdərədə 16-20 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 
Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - nazirlikdən bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər