21:32
5°C
Bakı
Müdafiə Nazirliyi gənc əsgərlərin yaxınlarına müraciət edib.
Moderator.az xəbər verir ki, müraciətdə fevral ayı ərzində gənc əsgərlərlə görüşlərin yalnız 15-i və 22-si tarixlərində keçiriləcəyi bildirilib.
"Görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara - valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək. Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır", - nazirliyin müraciətində qeyd olunub.