Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
Hərb
159
11:00, Bu gün

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ

Pirəkəşkül və Ağdərədə 9-13 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda vurğulanıb.
 
Link kopyalandı!
Son xəbərlər