ƏÜO-da hazırlıq kursunu bitirən hərbçilərin buraxılış mərasimi keçirildi
Hərb
185
13:55, Bu gün

ƏÜO-da hazırlıq kursunu bitirən hərbçilərin buraxılış mərasimi keçirildi

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.
 
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmətdə daha da təkmilləşdirəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.
 
Sonda hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Link kopyalandı!
Son xəbərlər