Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib, protokol imzalanıb
Hərb
231
17:55, Bu gün

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib, protokol imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası Əbu-Dabi şəhərində keçirilib.

Moderator.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda "Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu" imzalanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər