HHQ-nin Təlim və Tədris Mərkəzində növbəti buraxılış mərasimi keçirildi
Hərb
337
12:57, Bu gün

HHQ-nin Təlim və Tədris Mərkəzində növbəti buraxılış mərasimi keçirildi

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Bort-texnik ixtisası hazırlığı" kursunun buraxılış mərasimi keçirilib.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
 
Məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edən general-mayor Namiq Bayramov onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
 
Tədbirdə bu cür kursların hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, ixtisaslara yiyələnməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına müsbət təsiri qeyd olunaraq əhəmiyyəti vurğulanıb.
 
Buraxılış mərasiminin sonunda kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.
Link kopyalandı!
Son xəbərlər