İtaliyadan olan məzuna Azərbaycan HDQ-nin “Dənizçi kortiki” hədiyyə olunub - VİDEO
Hərb
239
18:34, Bu gün

İtaliyadan olan məzuna Azərbaycan HDQ-nin “Dənizçi kortiki” hədiyyə olunub - VİDEO

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin hərbi təhsil sahəsində əlaqələri uğurla davam etdirilir.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasının müdafiə naziri ilə İtaliya Respublikasının müdafiə naziri arasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin təlim və təhsili sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu”na uyğun olaraq, hər iki ölkənin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində fərqlənən məzunlara HDQ komandanlığı adından xatirə hədiyyələri təqdim edilir.
Bu çərçivədə Azərbaycan Respublikasının İtaliyadakı Hərbi Attaşelik aparatının nümayəndəsi İtaliyanın Livorno Hərbi Dəniz Akademiyasını fərqlənmə ilə bitirən leytenant Guglielmo De Simoneyə Azərbaycan HDQ komandanı adından imzalanmış sertifikatla birlikdə “Dənizçi kortiki”ni təqdim edib.

Niyyət Protokolunun müddəalarına əsasən, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun HDQ fakültəsini fərqlənmə ilə bitirən bir zabitə isə İtaliya Respublikasının ölkəmizdəki Hərbi Attaşesi tərəfindən İtaliya HDQ-nin Baş Qərargah rəisi adından imzalanmış sertifikatla birlikdə “Tələbələrin şərəf qılıncı” hədiyyə edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər