General Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb - FOTO
Hərb
158
21:20, Bu gün

General Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb - FOTO

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrində olaraq şəxsi heyətlə görüşüb, xidməti-döyüş fəaliyyətini və qışa hazırlıq işlərinin keyfiyyətini yoxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Şəxsi heyətlə görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan uğurlu islahatlar çərçivəsində yüksək döyüş qabiliyyətli hərbi hissələrin formalaşdırılması və onların müasir hərbi vasitələrlə təchiz edilməsinə nail olunduğu vurğulanıb, peşəkar kadrların hazırlanmasına bundan sonra da xüsusi diqqət yetiriləcəyi qeyd edilib.

HHQ komandanı tədris müddətində döyüş hazırlığı və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah-texnikaların praktiki mənimsənilməsi məqsədilə təlim və məşqlərin intensivliyinin, eləcə də keyfiyyətinin artırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Link kopyalandı!
Son xəbərlər