Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək - Nazirlikdən XƏBƏRDARLIQ
Hərb
4463
15 Dec 2025 | 09:54

Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək - Nazirlikdən XƏBƏRDARLIQ

Pirəkəşkül və Ağdərədə dekabrın 15-dən 19-a qədər müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
 
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə MN-dən bildirilib.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər