Türkiyənin müdafiə sənayesi sahəsi üzrə şirkəti Azərbaycanda fəaliyyətə başlayıb - VİDEO
Hərb
260
18:50, Bu gün

Türkiyənin müdafiə sənayesi sahəsi üzrə şirkəti Azərbaycanda fəaliyyətə başlayıb - VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyinin tabeliyində olan Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi (MKE) Azərbaycanda şirkət qurduğunu bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə MKE məlumat yayıb.

"MKE Azərbaycana doğru strateji bir addım atıb. İki ölkə arasında müdafiə sənayesində əməkdaşlıq çərçivəsində MKE Azərbaycanda "Maşınqayırma və Kimya Azərbaycan" (MKA) adı altında bir şirkət qurub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycanda yaradılan şirkət MKE-nin ilk xarici törəmə müəssisəsi kimi fəaliyyətə başlayıb.

 

Link kopyalandı!
Son xəbərlər