Özbəkistan nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub - FOTO
Hərb
113
16:55, Bu gün

Özbəkistan nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub - FOTO

Özbəkistan Respublikasının hərbi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Özbəkistan nümayəndə heyəti ilə birgə Kibertəhlükəsizlik Mərkəzində olub. Burada Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində yerinə yetirilən fəaliyyətlər, həmçinin kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri haqqında geniş məlumat verilib.

Daha sonra Hərbi Hava Qüvvələrinin Döyüşü İdarəetmə Mərkəzi ziyarət olunub. Nümayəndələrə müasir standartlara uyğun idarəetmə sistemləri ilə təchiz olunmuş mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Özbəkistan nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olubÖzbəkistan nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olubÖzbəkistan nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər