Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib - FOTO
Hərb
250
18:57, Bu gün

Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib - FOTO

Dekabrın 9-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Moderator-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən mərkəzin rəisi polkovnik Nizami Mövlanov tədbir iştirakçılarını salamlayaraq, ordu quruculuğu sahəsində təcrübəli kadr potensialının artırılmasının qarşıya qoyulan vacib tapşırıqlardan biri olduğunu qeyd edib, kursu müvəffəqiyyətlə bitirən hərbçilərə bundan sonrakı xidmət dövründə uğurlar arzulayıb.

Dinləyicilər kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını qeyd ediblər.

Sonra zabit təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirən, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə fəxri fərman və sertifikatlar təqdim olunub, kurs birincisi mayor Pərviz Quliyev tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər