Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib - FOTO
Hərb
113
17:15, Bu gün

Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib - FOTO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda Türkiyə nümayəndə heyəti ilə mövcud və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsinə həsr olunmuş işçi görüşü keçirilib.

Moderator.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı HHQ sahəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi, birgə təlim, təcrübə mübadiləsi, texniki və əməliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Qonaqlara müasir Azərbaycan Ordusunun formalaşması, həyata keçirilən islahatlar və HHQ-nin fəaliyyətindən bəhs edən brifinq təqdim olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilibAzərbaycan-Türkiyə HHQ nümayəndələrinin işçi görüşü keçirilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər