Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib - FOTO
Hərb
117
16:45, Bu gün

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib - FOTO

Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.

Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilibTürkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilibTürkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilibTürkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilibTürkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər