Bakıda NATO-nun təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir - FOTO
Hərb
1600
03 Dec 2025 | 16:00

Bakıda NATO-nun təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir - FOTO

2025-ci ilin NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, təşkilatın Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə" mövzusunda seminar-məşğələ keçirilir.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən qulluqçuları, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər.

Məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir.

Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.

Bakıda NATO-nun təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir

Link kopyalandı!
Son xəbərlər