Naxçıvanda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO
Hərb
102
16:57, Bu gün

Naxçıvanda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Onlarla müxtəlif mövzularda maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin və müvafiq qanunvericiliyin tələbləri xatırladılıb, təhlükəsizlik qaydaları çatdırılıb.

Toplanış çərçivəsində günün nizam qaydasına uyğun fəaliyyətlər icra olunub, ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, həmçinin atıcı silahlardan atış çalışmaları yerinə yetirilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər