BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub
Hərb
188
20:20, Bu gün

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət nümayəndələri Azərbaycana səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən işçi görüşdə ölkələr arasında bütün sahələrdə olduğu kimi, hərbi əlaqələrin də inkişaf etdiyi qeyd olunub, təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin və birgə təlimlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Qonaqlara 44 günlük Vətən müharibəsi, regiondakı vəziyyət və digər mövzularla bağlı brifinq təqdim olunub, maraq doğuran suallar cavablandırılıb.

Sonda hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər