Azərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO
Hərb
314
18:30, Bu gün

Azərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub - FOTO

Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Belqrad Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizə səfər edib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qonaqlara Milli Müdafiə Universiteti (MMU) və xüsusi təyinatlı təhsil müəssisələri haqqında brifinqlər təqdim olunaraq ətraflı məlumat verilib, ölkələrimiz arasında hərbi təhsil sahəsində, xüsusilə xarici dilin tədrisi üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib, təhsil müəssisələrində yaradılan şəraitlə tanış olublar. Hərbi Liseyi ziyarət əsnasında təhsil müəssisəsinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Yekunda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Azərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunubAzərbaycanla Serbiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər