Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı
Hərb
159
13:13, Bu gün

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin 6 ay azaldılacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
 
Qüvvədə olan qanuna əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddəti ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olan zabitlər üçün 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 3 ilə qədədir.
 
Layihəyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.
 
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Link kopyalandı!
Son xəbərlər