Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq
Hərb
212
09:40, Bu gün

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

24-28 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
 
Bu barədəModerator.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
 
Link kopyalandı!
Son xəbərlər