Azərbaycan və Belarus XTQ mənsubları görüşüb - FOTO
Hərb
254
20:20, Bu gün

Azərbaycan və Belarus XTQ mənsubları görüşüb - FOTO

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planı çərçivəsində hər iki ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında görüş keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkəmizə səfər çərçivəsində qonaqlar XTQ-nin N hərbi hissəsini ziyarət ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb, ehtiram nümayiş etdirilib.

Qonaqlara Azərbaycan XTQ-si haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüş zamanı tərəflər Azərbaycan və Belarus XTQ-ləri arasında mümkün əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsi aparıb, əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran təklifləri müzakirə ediblər.

Yekunda qonaqlar xüsusi təyinatlıların döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyiblər.

Azərbaycan və Belarus XTQ mənsubları görüşübAzərbaycan və Belarus XTQ mənsubları görüşübAzərbaycan və Belarus XTQ mənsubları görüşübAzərbaycan və Belarus XTQ mənsubları görüşüb

Link kopyalandı!
Son xəbərlər