Dövlət Sərhəd Xidməti Türkiyə təyyarəsinin qəzası ilə bağlı başsağlığı verib - FOTO
Hərb
199
18:50, Bu gün

Dövlət Sərhəd Xidməti Türkiyə təyyarəsinin qəzası ilə bağlı başsağlığı verib - FOTO

"Türkiyə Respublikasına məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladıq".

Moderator.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti bununla bağlı sosial media hesabında paylaşım edib.

"Bu ağır itki ilə bağlı qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ailələrinə səbir diləyirik. Azərbaycan və Türkiyə xalqları bir millət, iki dövlət olaraq hər zaman olduğu kimi bu ağır gündə də bir-birinin yanındadır.

Allah rəhmət eləsin".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər