Türkiyə MN:
Hərb
253
11:50, Bu gün

Türkiyə MN: "Komandolarımız Bakı küçələrini qardaşlığın səsi ilə titrədəcək, F-16-larımız səmada uçacaq"

Türkiyənin F-16-ları Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan səmasında uçacaq.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Salam olsun sənə, qardaş Azərbaycan! 8 noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə titrədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq”, - qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər