Türkiyənin müdafiə naziri Azərbaycana gəlib - FOTO
Hərb
444
07 Nov 2025 | 19:20

Türkiyənin müdafiə naziri Azərbaycana gəlib - FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​8 Noyabr - Zəfər Günü tədbirlərində iştirak etmək üçün Bakıya gəlib.

Moderator.az xəbər verir ki, bununla bağlı Nazirlik məlumat paylaşıb.

Nazir Yaşar Güləri Türkiyənin Bakıdakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar.

Məlumata görə, naziri Azərbaycana səfərində Türkiyə Baş Qərargah rəisi general Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Cemal Kadıoğlu və Quru Qoşunları komandanı general Metin Tokel müşayiət edirlər.

 

Link kopyalandı!
Son xəbərlər