Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşüb - VİDEO
Hərb
554
07 Nov 2025 | 18:15

Azərbaycan və Slovakiya müdafiə nazirləri görüşüb - VİDEO

Noyabrın 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

Moderator.az MN-ə istinadən xəbər verir ki, müdafiə naziri slovakiyalı qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-polkovnik Z.Həsənov ölkələrimiz arasında mövcud hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən R.Kalinak Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə həmkarını təbrik edib. Hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və yeni perspektivlərini müzakirə edib, müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

 

Link kopyalandı!
Son xəbərlər