Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib
Hərb
184
13:20, Bu gün

Zabitlərin özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılması təklif edilib

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev zabitlərə özlərinə mənzil almaları üçün maliyyə vəsaiti ayrılmasını təklif edib.

Moderator.az xəbər verir ki, deputat bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.

Onun sözlərinə görə, 20 il qulluq etdikdən sonra ehtiyata gedən zabitlərin çoxu hələ də mənzil ilə təmin olunmurlar:

"2026-cı ilin dövlət büdcəsindən bu məqsədlə 35 milyon manat vəsait ayrılır. 15.5 milyon manat isə mənzillər üçün kirayə haqlarının ödənilməsi üçün ayrılır. Onlara kredit verilməsi, zabit adı alan kimi dərhal mənzillərlə təmin olunması mümkün deyil? Onlara veriləcək ipoteka 100% məbləğində, 1-2% kimi aşağı faizlə müəyyən olsun. Yaxud zabitlərə özlərinə mənzil almaları üçün maliyyə vəsaiti verilsin. Niyə evi onlara dövlət tikməlidir? Bəlkə, kimsə evinin valideynlərinin yaşadığı ərazinin yaxınlığında olmasını istəyir?"

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər