Zakir Həsənov Qazaxıstanda səfərdədir
Hərb
441
14:10, Bu gün

Zakir Həsənov Qazaxıstanda səfərdədir

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında işgüzar səfərdədir.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
 
Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.
 
İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər