Daxili işlər naziri sıra baxışı keçirib - VİDEO
Hərb
469
27 Oct 2025 | 17:45

Daxili işlər naziri sıra baxışı keçirib - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Qeyd olunub ki, onlardan 14 nəfəri Vətən müharibəsi iştirakçısı olub.

Nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 

Link kopyalandı!
Son xəbərlər