“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb - FOTO
Hərb
1058
17 Oct 2025 | 21:50

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb - FOTO

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb

Link kopyalandı!
Son xəbərlər