Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir - FOTO
Hərb
890
15 Oct 2025 | 18:44

Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir - FOTO

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Respublikasının Qars vilayətində üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.

Azərbaycan MN-dən Moderator.az-a verilən xəbərə görə, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.

Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.

Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir - FOTO Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir - FOTO Azərbaycan hərbçiləri “Eternity-2025” təlimində iştirak edir - FOTO

Link kopyalandı!
Son xəbərlər