Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir
Hərb
399
13 Oct 2025 | 20:57

Hərbi Tibb Fakültəsində NATO proqramı çərçivəsində kurs keçirilir

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibb sahəsində ingilis dili" mövzusunda kursun birinci modulu keçirilir.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə mövzu ilə bağlı brifinqlər təqdim edilir.

Tədbirin əsas məqsədi beynəlxalq təcrübələrdən faydalanmaqla iştirakçıların ixtisas hazırlıqlarını yüksəltməkdir.

Qeyd edək ki, sözügedən kurs oktyabrın 18-dək davam edəcək.

Link kopyalandı!
Son xəbərlər