Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər - FOTO - YENİLƏNİB
Hərb
306
18:04, Bu gün

Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər - FOTO YENİLƏNİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşü çərçivəsində Ankara şəhərinə səfəri davam edir.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov ilə gürcüstanlı həmkarı cənab İrakli Çikovani arasında oktyabrın 9-da ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər, üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

16:10

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında görüş keçirilib.

Moderator.az-ın məlumatına görə, İrakli Çikovani deyib ki, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcək.

O, Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

İ.Çikovani qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq regionun təhlükəsizliyi və inkişafı üçün əsasdır. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə general-polkovnik Zakir Həsənova təşəkkür edib.

Nazir Azərbaycanla müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığa diqqət çəkib. Onun sözlərinə görə, 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planında nəzərdə tutulan tədbirlər uğurla planlaşdırılıb və həyata keçirilib.

Söhbət zamanı Azərbaycan hərbçilərinin çoxmillətli birgə hərbi təlimlərdə, eləcə də hərbi təhsil sahəsində planlaşdırılan kurslarda iştirakı məsələsinə də toxunulub.

Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblərAzərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüblər

Link kopyalandı!
Son xəbərlər