Putinin NATO etirafı: Alyans niyə Rusiyaya qarşıdır? – Şok detallar açıqlandı
Hərb
534
09:35, Bu gün

Putinin NATO etirafı: Alyans niyə Rusiyaya qarşıdır? – Şok detallar açıqlandı

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva iki dəfə NATO-ya üzv olmaq niyyətini açıqlayıb, lakin hər iki müraciətə alyans tərəfindən mənfi cavab verilib. Prezident bu fikirləri Valday Klubunun Plenar Sessiyasında səsləndirib.  Bəs NATO-nun Rusiya ilə bağlı bu müraciətləri qəbul etməməsinin əsas səbəbi nədir?  Putinin bu məsələni indi gündəmə gətirməsi hansı mesajı verir?
Moderator.az-a danışan politoloq Elçin  Xalidbəyli deyib ki, Kremldə Rusiyanın Ukrayna savaşında məğlub olmaq üzrə olduğunu anlayırlar:
 
“Hazırda Rusiya olduqca ağır bir duruma düşüb. Ölkənin  iqtisadiyyatında çökmə prosesi intensivləşib. Eyni zamanda, Rusiya hərbi əməliyyatları maliyyələşdirməkdə də çətinlik çəkir. Cəbhə bölgəsində də Rusiyanın hərbi irəliləyişləri mövcud deyil. Ona görə də Rusiya Qərblə münasibətlərin daha da gərginləşdirilməsi və kollektiv Qərbin qlobal savaş və nüvə müharibəsi ilə şantaj edilməsinə çalışır, Qərbi nüvə müharibəsi xofuna salmaq istəyir və bütün bunları edərkən də ilk növbədə Qərb dövlətlərini günahlandırmağa çalışır. Ancaq Kremlin bu mövqeyi beynəlxalq məkanda elə də ciddiyə alınmır. Artıq Rusiya ilə bağlı mövqelər sərtləşməyə başlayıb və bu prosesdə kollektiv Qərbin geri çəkiləcəyi qətiyyən inandırıcı görünmür. Kremldə də bu reallığı görürlər. Ona görə də prezident Putin başda olmaqla  Qərbin günahlandırılmasına yönəlik normativlər irəli sürülür. Onlardan biri də vaxtilə Rusiyanın NATO -ya qəbul edilməməsi ilə bağlıdır.  Putin vaxtilə Rusiyanın NATO ya bağlı müraciət edərkən çox gözəl anlayırdı ki, Rusiyanı NATO- ya qəbul etməyəcəklər və Rusiya özü də NATO- ya qəbul edilməyə hazır deyil. Rusiya NATO- nun üzvlük standartlarına qətiyyən uyğun gəlmir, çünki  neo imperialist dövlətdir”. 
 
Politoloq diqqətə çatırıb ki, Rusiyada insan haqları və demokratiya anlayışı ümumiyyətlə yalnız Kremlin inkar siyasətinə bağlıdır və daxili ölkə daxili siyasətində diktatura olan dövlətlərin NATO -ya üzvlüyü qəbuledilməz hesab edilir:
 
“NATO belə dövlətləri öz sıralarına yaxın buraxmır. Digər tərəfdən, NATO -nun siyasi ideoloji xətti Rusiya kimi dövlət dövlətlərdən müdafiə olunmaq məqsədi daşıyır və belə olduğu təqdirdə NATO- nun prioritetlərinə qarşı olan bir dövlətin onun  sıralarına daxil olması qəbuledilməz bir situasiya hesab oluna bilər. Təbii ki, NATO Rusiya kimi aqressiv, qonşu dövlətlərə yalnız təzyiq göstərən bir dövləti öz sıralarına qəbul edə bilməz.
 Rusiyanın həm daxildə, həm də postsovet məkanında münasibətlərində çox ciddi problemlər mövcuddur. İndi bu problemlər daha da ağırlaşıb və belə olan təqdirdə Rusiyanın NATO- ya qəbulu ilə bağlı müraciətinin ümumiyyətlə əhəmiyyətə alınmaması tamamilə doğru və normal bir yanaşmadı. Bu baxımdan Rusiya ilk növbədə öz daxilinə baxmalıdır və “xalqların həbsxanası” adlandırılan bir dövlət öz daxilində onların azadlığını, normal yaşayış hüquqlarına daha həssas, daha hörmətlə yanaşmaq barədə düşünməlidir. NATO belə dövlətləri öz sıralarına heç bir zaman qəbul etmir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər