ABŞ ordusunda “hazır ol” əmri verildi - Böyük müharibə gözlənilir?- Brayzadan diqqətçəkən açıqlama
Hərb
433
10:55, Bu gün

ABŞ ordusunda “hazır ol” əmri verildi - Böyük müharibə gözlənilir?- Brayzadan diqqətçəkən açıqlama

ABŞ-ın müdafiə naziri Pit Heqset yüzlərlə amerikalı general və admiralı sentyabrın 30-da Virciniya ştatının Quantico şəhərində keçirilməsi planlaşdırılan görüşə çağırıb. Paralel olaraq, onun   “Müharibəyə hazır olun” çağırışı gündəmi silkələyib. Son günlər həm ABŞ-da, həm də Avropada artan hərbi hazırlıqlar, genişmiqyaslı təlimlər necə şərh olunmalıdır? Hərbi  hazırlığın intensivləşməsi hansı təhlükələrin yaxınlaşdığını göstərir? Bu proses yeni bir qlobal müharibənin başlanğıcı ola bilərmi?
 
Moderator.az-a danışan ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, Vaşinqtonun Bakıdakı keçmiş səfiri Metyu Brayza  ABŞ-ın müharibəyə hazırlaşması ilə bağlı səsləndirilən fikirlərlə razı deyil.
 
“ABŞ hazırda müharibəyə hazırlaşmır. Həmçinin son günlər nə ABŞ-da, nə də Avropada böyükmiqyaslı hərbi təlimlər keçirilməyib. Bu iddialar Rusiya və Belarusun “Zapad” adlı genişmiqyaslı hərbi təlimləri ilə ziddiyyət təşkil edir. Həmin təlimlər zamanı Rusiya pilotlu və pilotsuz uçuş aparatları Polşa, Estoniya, Rumıniya və  Danimarka kimi NATO üzvü olan ölkələrin hava məkanına daxil olub”,- deyə o qeyd edib.
 
Brayzanın sözlərinə görə, ABŞ müdafiə naziri Pit Heqsethin çağırışı ilə sentyabrın 30-da generallar və admiralın iştirakı ilə keçirilən görüş hərbi əməliyyat planlarının hazırlanmasına deyil, daha çox intizam məsələlərinin müzakirəsinə həsr olunub:
 
"Həmin toplantıda əsas müzakirə edilən mövzular şəxsi nizam-intizam məsələləri — məsələn, saqqal və uzun saçların yolverilməzliyi, həmçinin ABŞ ordusunda “woke-izm” (gender, müxtəliflik və sosial ədalətə həddən artıq diqqət) kimi anlayışlarla mübarizə olub. Bu isə ordunun döyüş hazırlığından çox daxili idarəetmə və intizamla bağlı idi".
 
O əlavə edib ki, hərçənd, nazir Pit Heqseth görüşdə ABŞ ordusunun müdafiəyə deyil, müharibəyə hazır olması barədə fikir səsləndirib:
 
“Onun vurğulamaq istədiyi əsas məqam odur ki, müharibə müdafiədən qat-qat ciddi və baha başa gələn prosesdir. ABŞ çox diqqətli olmalıdır ki, hərbi gücdən nə vaxt və hansı hallarda istifadə etsin”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər