Daşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilir - FOTO
Hərb
200
18:00, Bu gün

Daşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilir - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Azərbaycan MN-dən Moderator.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Modelləşdirmə və Simulyasiya Tədqiqatları Tədris Mərkəzində "Qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması" mövzusunda keçirilən təlim iki mərhələdən ibarətdir.

Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləri icra edəcəklər.
"Məharət - 2025" təliminin məqsədi iki dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və qazanılmış hərbi təcrübənin mübadiləsidir.

Daşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilirDaşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilirDaşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilirDaşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilirDaşkənddə Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təlimi keçirilir

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər