Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq
Hərb
443
12:47, Bu gün

Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq

Pirəkəşkül və Ağdərədə 8-12 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər