NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsi müzakirə olunub
Hərb
133
19:00, Bu gün

NATO-Azərbaycan əməkdaşlığının gücləndirilməsi müzakirə olunub

NATO-nun hərbi komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone NATO Baş Qərargahında Azərbaycanın hərbi blokdakı nümayəndəliyi ilə görüş keçirib.

Moderator.az xəbər verir ki, NATO rəsmisi bu barədə özünün “X” hesabında məlumat verib.

“NATO Baş Qərargahında görüş fürsəti üçün təşəkkür edirəm. Mən Azərbaycan-NATO əməkdaşlığı barədə müzakirələrimizi yüksək qiymətləndirirəm. Biz tərəfdaşlığımız üçün gələcək fürsətləri araşdırmağa və dialoqumuzu gücləndirməyə davam edəcəyik”,- NATO-nun hərbi komitəsinin sədri qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər