Azərbaycanla Vyetnam arasında hərbi əməkdaşlıq müzakirə olunub - FOTO
Hərb
181
16:50, Bu gün

Azərbaycanla Vyetnam arasında hərbi əməkdaşlıq müzakirə olunub - FOTO

Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam Sosialist Respublikası arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.

Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri “Xatirə dəftəri"nə ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.

Azərbaycanla Vyetnam arasında hərbi sahədə əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıbAzərbaycanla Vyetnam arasında hərbi sahədə əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıbAzərbaycanla Vyetnam arasında hərbi sahədə əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıbAzərbaycanla Vyetnam arasında hərbi sahədə əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıbAzərbaycanla Vyetnam arasında hərbi sahədə əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər