Azərbaycan HHQ-nin helikopterləri səmaya qaldırıldı - VİDEO
Hərb
313
16:36, Bu gün

Azərbaycan HHQ-nin helikopterləri səmaya qaldırıldı - VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib. Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd edilib ki, daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.
 
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar, plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda-qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
 
"Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb.
 

 

Link kopyalandı!
Son xəbərlər