Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırır
Hərb
548
11:30, Bu gün

Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırır

Plana uyğun olaraq, yanvarın 17 -də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
 
"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə məlumatda qeyd olunur.
 
Link kopyalandı!
Son xəbərlər