Genişmiqyaslı müharibənin ilk günlərində özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko üzr istəyərək ölkəsindən Ukrayna ərazisinə raketlərin atılması ilə heç bir əlaqəsi olmadığını israrla bildirib.
Moderator.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Prezident Vladimir Zelenski bu barədə Prezident Ofisinin "YouTube" kanalında yayımlanan amerikalı podkaster Leks Fridmana müsahibəsində danışıb.
"İnanın, Volodya, bu mən deyiləm", - o mənə deyirdi. Deyirdi ki, "bu mən deyiləm, Putin mənim ərazimdən raket atırdı". O "mən üzr istəyirəm". -dedi. Mənim şahidlərim var", -deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Lukaşenko təkid edib ki, o, Putinin Belarus ərazisindən Ukraynaya hücumundan imtina etməyə çalışıb. Zelenski də cavabında deyib ki, sən də Putinlə eyni cür qatilsən.
“Mən ona dedim ki, sən də Putin kimi qatilsən. Lukaşenko isə mənə dedi: “Başa düş, ruslarla döyüşmək mümkün deyil”. Mən də ona dedim: “Biz heç vaxt döyüşməmişik. Amma raketlər sizin torpağınızdan, - Belarusdan uçub gəldi. Sən buna necə imkan verdin?"
Lukaşenko belə dedi: “Yaxşı, sən də mənə cavab ver”.
İndiyədək yadımdadır. O mənə dedi: "Neft emalı zavodunu vur. Bunun mənim üçün nə qədər önəmli olduğunu bilirsən".
Mozır zavodunu nəzərdə tuturdu. Mən isə ona dedim: “Sən nə danışırsan? Necə cavab?"..."
Ukrayna prezidenti bu söhbətin “müharibənin ikinci və ya üçüncü günündə” baş verdiyini diqqətə çatdlrıb.
S.Laçın