Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimdə məzunlara HHQ komandanının təbriki çatdırılaraq, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb. Bu cür kursların hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına müsbət təsiri qeyd olunaraq əhəmiyyəti vurğulanıb.
Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.