Hərbi xidmət üçün son yaş həddi 31,5 olacaq
2013
13 Dec 2024 | 15:18

Hərbi xidmət üçün son yaş həddi 31,5 olacaq

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.
 
Moderator.az xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi təklif olunub.
 
Hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır.
 
Dəyişikliklə son yaş həddi 31,5 olacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər