Hərb
1969
08 Dec 2024 | 15:10

"Rusiya qoşunları Yeni ilədək Ukraynanı tərk edə bilərmi?" - Ukraynalı HƏRBİ EKSPERT

"Putinin NATO ilə uğursuz döyüşü nəticəsində Alyans onun əsas nüvə arsenalına yaxınlaşıb..."
 
Rusiya diktatoru Vladimir Putinə o dərəcəsə təzyiq göstərilə bilər ki, o, öz qoşunlarını Ukraynadan çıxarmaq qərarına gələ bilər və müharibəni bir ay ərzində bitirmək olar.
 
Moderator.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan "gordonua.com" nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində bəyan edib.
 
Svitanın sözlərinə görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da, indiki prezident Co Bayden də edə bilər.
 
"Belə mexanizm var. Amma bu zaman rusiyalılar, sadəcə, hər şeyi qoyub qacaçaq. Əgər Putin Rusiya ordusuna əmr edərsə, onlar həqiqətən hər şeyi atıb gedəcək. Onlara qoşunlarını çıxarmaq üçün yarım il gərəkdir. Bu müddəti onlara heç kim verməyəcək", - ekspert izah edib. Onun sözlərinə görə, belə olan halda rusiyalılar Yeni ilədək Ukrayna ərazisini tərk edə bilər.
 
Svitan Putinə necə təzyiq göstərilməsini izah edib. "Bunu hələ 2014-cü ildə etmək lazım idi, 2022-ci ildə isə bu, mütləq edilməliydi. Qorxutmaq deyil, qərar vermək lazım idi. Birincisi, Rusiyanı terrorçu dövlət, terrorçuluğa sponsorluq edən dövlər kimi tanımaq lazım idi. Bunun ertəsi günü, ola bilsin ki, İran və Şimali Koreyadan savayı, hamı Rusiya ilə münasibətləri kəsəcəkdi. Hətta Çin də münasinətlərə son qoyacaqdı. Mən hələ onu da deyərdim ki, Lukaşenko bığlarını qırxıb "Mən onu tanımıram" deyəcəkdi", - Svitan vurğulayıb.
 
Onun sözlərinə görə, Ukraynaya istifadə etmək üçün lend-liz üzrə bütün silahları əldə etmək imkanı verilməlidir.
 
"İndi NATO sərhədlərindən Rusiyanın əsas nüvə arsenalınadək məsafə bir neçə on km təşkil edir..."
 
Svitan daha sonra deyib ki, Finlandiya və İsveç NATO-ya daxil olandan sonra Alyansın sərhədləri Rusiyanın ən böyük nüvə silahı arsenalına xeyli yaxınlaşıb.
 
O, deyib ki, Rusiyanın strateji nüvə silahının saxlanılma yerlərindən biri Murmansk vilayətindəki "Olenya" hərbi-hava limanının yaxınlığında yerləşir. Orada həmçinin Rusiyanın Şimal Donanması yerləşir, ona görə də, təbii ki, bu regionda strateji nüvə arsenalı yerləşir, ekspert deyib.
 
"Yeri gəlmişkən, ən böyük nüvə arsenalı Kol yarımadasında, yəni Finlandiya, Norveç və İsveç yaxınlığında yerləşir, bu da artıq NATO sərhəddi deməkdir. Yəni NATO sərhədlərindən Rusiyanın əsas strateji nüvə arsenalınadək bir neçə on km məsafə var. Bax, ən maraqlısı budur, Putinin NATO ilə uğursuz döyüşünün nəticəsində Alyans onun əsas nüvə arsenalına yaxınlaşıb", - o, deyib.
 
Onun sözlərinə görə, indi Putin bununla bağlı nə edəcəyini bilmir. "Bütün bunları götürüb harayasa daşımaq narahatlığı var. Ona görə də şəxsən Putinin və rusiyalıların nüvə silahı ilə bağlı problemləri dünyada kimsədə olduğundan daha çoxdur", - ekspert qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər