Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxın işğaldan azad olunan 4 kəndində gələn il yeni zastavalar tikiləcək.
Bu fikirləri APA-nın müxbirinə "Qazax" Əlahiddə Sərhəd Diviziyasına təşkil olunan mediatur zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Xeyrimli kəndində müvəqqəti zastava qurulub:
"Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar tikiləcək".