“Minsk qrupu dəfn edilib”  - Zaxarova
Hərb
1511
14 Nov 2024 | 08:30

“Minsk qrupu dəfn edilib”  - Zaxarova

“Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun işindən narazıdır”.
 
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
 
“Biz özümüz də Minks Qrupunun işindən narazı qaldıq, onu daha çox tənqid etdik, xüsusən də qərblilər onun işini əngəlləməyə başlayandan və bu mövqelərini açıq ifadə etdikdən sonra”, - Zaxarova bildirib.
 
Diplomat vurğulayıb ki, Qərb dövlətləri 2022-ci ilin fevralında ATƏT-in Minsk qrupunu şəxsən dəfn ediblər.
 
Onun sözlərinə görə, Qərbi nizamlanma yox, başqa şeylər maraqlandırırdı.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər