Bizi sosial şəbəkələrdən izləyin:
İran Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəs elan edilməsi və anklavda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmir və iştirak etmək niyyətində deyil.
Moderator.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi bildirib.
“Biz Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail rejimi arasında dolayı danışıqlara qatılmadıq və belə danışıqlarda iştirak etmək niyyətində deyilik”, - məlumatda deyilir.
Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən İranın Qəzza zolağında eskalasiya başlayandan bəri ilk dəfə Fələstin anklavında atəşkəslə bağlı danışıqlara nümayəndə göndərmək imkanını nəzərdən keçirdiyini xəbər vermişdi.