Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynanın məlumatına görə, Kursk vilayətinin 44 yaşayış məntəqəsi (bölgənin təxminən 5%-i), Rusiya məlumatlarına görə isə 28 yaşayış məntəqəsi ələ keçirilib.
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Yulian Röpke deyib.
Bildirilib ki, Ukraynanın ən böyük uğuru Sucanın ələ keçirilməsidir: bu, Ukrayna ordusunun işğal edə bildiyi ilk Rusiya şəhəridir:
"Şəhərdən 30 kilometr şimalda Ukrayna Silahlı Qüvvələri Korenevoya hücum edir və öz əhatələrini genişləndirməyə çalışır. Rusiya qüvvələrinin yaydığı kadrlarda rus PUA-larının kəndin cənub və şərqində Ukrayna bölmələrinə hücumu əks olunub.
Əgər Ukrayna bu məskunlaşmış əraziləri zəbt etməyə nail olsa, bu, Vladimir Putin üçün dəhşətli uğursuzluq olacaq".